Pro-Ject X2 B Piano Black Quintet Red

Bizim X1 və X2 modellərimizin təqdimata ehtiyacı yoxdu. Müxtəlif mükafatlara layiq görülmüş bu valoxuducular istehsalat zamanı sadə prinsiplərə riayət edildikdə münasib qiymətə audiofil keyfiyyətli məhsul yaratmağın mümkün olduğunu bütün dünyaya sübut etmişdir. Valoxuducunun hər bir hissəsi rezonansla mübarizə aparır. Tənzimlənən TPE səsboğuculu alüminium ayaqlar, MDF-dən istehsal olan gövdə, ağır akril platter və sendviç tipli alüminium/karbon tonarm. Tonarmın bağlarıda TPE ilə izolyasiya olunub. Mühərrik sabit cərəyanla qidalanır. Bu sistem motorun sürətini elektron yolla dəyişməyə imkan verir və stabilliyi təmin edir.
Bizə balans tələb olunur
Sumiko MC fonokartricləri Pro-Ject tonarmları ilə çox yaxşı uzlaşır. Onların səs sinerjisi yüksək keyfiyyətli musiqini incəlikləri və aşağı tezliklərinin dərinliklərini itirmədən dinləməyə şərait yaradır. Bu model yeni True Banaced Connection konsepsiyaya uyğun yaradılmışdır. Bu konsepsiyanın əsas prinsipi valoxuducudan siqnalın balanslı qoşulma yolu ilə ötürülməsidir. Adi qoşulmaya nisbətən xeyli üstün olmaqla balanslı qoşulma siqnalı əlavə səslərdən daha çox qoruyur. X2 B modeli adi balanssız RCA çıxışı ilə də təchiz olunub.
  • 460 mm

    eni

  • 150 mm

    hündürlüyü

  • 340 mm

    dərinliyi

Texniki xüsisiyyətlər
  • Sürət
    33/45/78 dövr/dəq
  • Sürət oynaması
    ±0,25% (33 dövr/dəq), ±0,20% (45 dövr/dəq)
  • Tonarmın effektiv uzunluq/çəki
    9″ / 13,5 qram
  • Çəki
    10 kq netto

Sizə də lazım ola bilər