Pro-Ject

Bizim məqsəd Hi-Fi audio kimi gözəl sənətə insanlarda həvəsi artırmaq və onlara adekvat qiymətə yüksək keyfiyyətli stereo sistem təklif etməkdir.
Kateqoriyalar

Bizim təklifimiz

    • 01
    • Sertifikatlaşdırılmış mütəxəssislər
    Bizim ekspertlər bütün suallarınızı cavablandıracaqlar və Sizin üçün ən optimal avadanlıq seçməkdə yardımçı olacaqlar
    • 02
    • Dinləmə otağı
    Dinləmə otağında akustik sistemlərimizin keyfiyyətini qiymətləndirib Sizə uyğununu seçə bilərsiniz
    • 03
    • İstehsalçı zəmanəti
    Məhsullarımıza istehsalçının rəsmi zəmanətini təqdim edirik və satış sonrası servisi göstəririk.
Qonağımız olun
Təmiz səs dünyasına qərq olun və vaxtınızdan zövq alın
Bünövrə
Pro-Ject şirkəti 1991-ci ildə CD və CD oxuducuların ərsəyə gəlməsi dövrdə, audiofillərə adekvat qiymətə keyfiyyətli analoq mənbə təklif etmək məqsədi ilə yaranmışdı. O zamanlar rəqəmsal mənbələr musiqi bazarını tutmağa başlamışdı və analoq musiqi aktuallığını itirmiş hesab olunurdu. Buna baxmayaraq şirkəti yaradan Xayns Lixtenegger musiqidən zövq almağın ən asan yoluna - vinil valoxuduculara inamını itirməmişdir.

Məqsədimiz
Bizim məqsədimiz gözəl xobbi sahibləri olan Hi-Fİ audio sevərlərə keyfiyyətli sərfəli qiymətə yüksək keyfiyyətli stereo sistem təklif eləməkdir. Bu yolu tutmuş audiofillər ilk olaraq vinil valoxuducudan başlamalıdırlar. Biz istəyirik ki, müştərilərə geniş seçim verək və məhsullarımızı lüzumsuz funksiyalarla yükləməyək. Pro-Ject olaraq qeyri adi məhsullar istehsal edirik və qiyməti ilə müştəriləri təcübləndiririk. Biz yalnız yüksək keyfiyyətli hissə və materiallardan istifadə edirik və məhsullarımızı əl işi olaraq yalnız Avropada istehsal edirik. Bazarın tələbatına uyğun olaraq strategiyamızı uyğunlaşdırırıq.
İstehsalat
Müasir texnologiya və avadanlıq sayəsində biz gözəl məhsul istehsal edərək incə detallara diqqət yetiririk. Əksər modellərimizi Çexiyada öz fabrikimizdə istehsal edirik. Valoxuducuların gövdəsindən tutmuş xırda detallarınacan özümüz istehsal edirik. 4 pilləli keyfiyyətdə nəzarət sistemi hər bir funksiyanın işlək olduğuna zəmanət verir.
Slovakiyadakı fabrikimizdə xırda audio komponentlərimizi istehsal edirik. Məhsullarımızın korpusun minimal razmerə salaraq müştərilərimizə ən yüksək effektivliyi nisbətən aşağı qiymətə təklif edirik.Öz keyfiyyətini uzun illər itirməyən məhsullarımızla fəxr edirik və əminik ki, ən tələbkar audiofillər tərəfindən sevilirik.
Beynəlxalq əlaqələr
Universal Music Group (The Beatles), Third Man Records (Джек Уайт), The Rolling Stones, Parov Stelar kimi dünya miqyaslı musiqi nəhəngləri və məşhur Hard Rock Café restoranları ilə əməkdaşlıq edirik.Bizimlə həmçinin Vena Filarmonik Orkestri və Ortofon yübiley münasibəti ilə əməkdaşlıq etmişdirlər. Müştərilərə daha geniş seçim yaratmaq üçün bu partnyorlarla "limited edition" məhsulları yaradırıq.
Şəkil sərgisi
Dinləməyə yazılın