Musical Fidelity A1
Hi-Fi dünyasında Musical Fidelity A1 həm xarici görünüşü, həm də daxili quruluşu ilə ən kult cihazlardan birinə çevrildi. İlk dəfə 1985-ci ildə buraxılan bu model, əslində kifayət qədər az gücə malik inteqral gücləndirici olsa da, həmin dövrün ən çətin akustik sistemləri ilə asanlıqla öhdəsindən gələrək tez bir zamanda böyük maraq doğurdu. Ən önəmlisi isə bütün bunların hamısı saf A sinfində, yüksək keyfiyyətli detalların istifadəsi və diqqətlə düşünülmüş simmetrik sxem texnologiyası ilə diskret komponentlər əsasında həyata keçirilirdi.