DİVA UTOPİA iki aləmin ən gözəl elementlərini özündə birləşdirib: Focal-ın akustikasın və Naim-in elektronikasın. Diva mükəmməl səsə malik, müasir simsiz texnologiyalarla təchiz olunmuş fazoinverterli aktiv akustik sistemdir. Malik olduğu texnologiyalar dinləmədən fenomenal zövq almanıza zəmanət verir. Qoşulma rahatlığı və kompaktlığı sizin ideal stereo sistem anlamınızı dəyişdirəcək. Divanın unikal konstruksiyası əlavə cihazların qoşulma imkanını və unikal Focal səsindən həzz almanıza şərait yaradır.
RAHAT İSTİFADƏ VƏ Hİ-RES
DİVA UTOPİA akustik sisteminin hissələrinin qoşulması üçün kabelə ehtiyac yoxdur və onları yerləşdirmək və qoşmaq çox asandır. ULtra Wide Band (UWB) simsiz texnologiya hesabına CD-dən daha yüksək keyfiyyətli musiqi fayllarının oxudulmasına imkan yaranır. Focal&Naim tətbiqi vasitəsi ilə sistemi çox rahat idarə etmək olur. Sistemi pult və səs komanda sistemləri ilədə idarə etmək olur (Siri və Google Assistant).