Bloq

Tati Səttar. “Mənzərəyə açılan ev”

Obyektlərin eşitmə vasitəsilə qavranılması — burada “ev” fiziki məkan kimi deyil, daha çox yaddaşda iz qoymuş tanış səslərin yaranma mənbəyi kimi qəbul olunur. Bakı isə coğrafi məkan kimi deyil, kollektiv və şəxsi xatirələrin bir-birinə qarışdığı geniş bir səs məkanı kimi təsəvvür edilir.

Məhz bu cür yanaşmanı konseptual rəssam Tati Səttar “Her Art in Action 2026” incəsənət festivalı çərçivəsində təqdim etdiyi “Mənzərəyə açılan ev” adlı tədbirində şərh edir. Festival martın 8-də Gazelli Art House Baku məkanında start götürüb. Rəssamın instalyasiyaları və onları müşayiət edən səs kompozisiyaları yaddaşın dərinliklərindən keçmişin obraz və hadisələrini üzə çıxararaq “ev” hissini yenidən canlandırır.

Təbii ki, tədbirin ümumi ideyasının ayrılmaz hissəsi kimi səs müşayiəti xüsusi əhəmiyyət daşıyırdı. Səs çalarlarının dəqiq ötürülməsi və akustik mənzərənin düzgün qurulmasının məsuliyyətini anlayan LuxSound şirkəti özünün Focal powered by Naim audio butikindən yüksək səviyyəli səs sistemlərini təqdim edib.

Fərdi dinləmə üçün Focal Hadenys qulaqlıqları Naim Uniti Atom gücləndiricisi ilə birlikdə təqdim olunub. Məkan daxilində dolğun və əhatəli səs mühiti yaratmaq üçün isə kompakt, simsiz “hamısı bir yerdə” audio sistemi — Naim Mu-so Qb 2nd Generation istifadə edilib.

Tədbirin fəxri qonaqları arasında Leyla Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti də iştirak edib.