2023-cü ildə vinil plastinkaların satışı 60 milyonf, valoxuducuların isə satışı 6,5 milyona çatıb. Qardaş Türkiyədə artıq 100-dən çox vinil plastinka dükanı mövcutdur. Rəqəmsal dövr üçün bu gözlənilməz nəticədir. Bəs vinil plastinka və valoxuducuların renessansının səbəbi nədir? Bunun bir neçə səbəbi var.
- Bir çox insan vinil plastinkaların rəqəmsal formatlardan daha isti və zəngin bir səsə malik olduğunu hesab edirlər. Deyilənə görə vinil analoq olduğuna görə səsin daha incə nüanslarını əks etdirə bilir ki, bu da əsl audiofilləri cəzb edir. Əlbətdə bu fikir mübahisəlidir.
- Digər səbəb kimi vinilə dinləmək prosesi bir fiziki aktivlik tələb etdiyini göstərirlər: plastinkanı əlinizə alırsınız, valoxuducuya yerləşdirirsiniz, iynəni üzərinə yerləşdirirsiniz, plastinkanı çevirirsiniz və sair. Bu fiziki təmas, rəqəmsal cihazlarda sadəcə düyməni basmaqdan fərqli olaraq, dinləməni daha maraqlı və cəzbedici edir.
Vinil plastinkaların üz qabığı çox zaman üzərində gözəl sənət parçası ilə hazırlanır, bu da onları vizual baxımdan cəlbedici edir. Koleksiyonçular üçün vinil plastinkaları toplamaq bir hobbi halına gəlir və artıq bəzi nadir və vintaj albomlar yüksək dəyərə malikdir.
Vinil plastinkalar köhnə dövrləri xatırladır və bu, bəzi insanlarda nostalji hissi yaradır. Retro üslub və vinilin estetikası köhnə dövrlərin cazibəsini artırır.
Vinil plastinkalar köhnə dövrləri xatırladır və bu, bəzi insanlarda nostalji hissi yaradır. Retro üslub və vinilin estetikası köhnə dövrlərin cazibəsini artırır.
Hər bir vinil plastinka təbii qeyri-mükəmməliklər səbəbindən özünəməxsus səs xüsusiyyətlərinə malik ola bilər, bu da bəzi dinləyicilər üçün cəlbedici ola bilər.
Vinil plastinkaların yenidən populyar olması aktiv təbliğat və medianın təsiri ilə də bağlıdır. Daha çox müğənni və qruplar musiqilərini vinil formatda buraxır, həm vinil platinkalar, həm valoxuducular daha əl çatar olub. Bu səbəbdən vinil format günü gündən daha çox sevilir və populyarlaşır.
Beləliklə, səs keyfiyyəti, cəzbedici təcrübə, kolleksiya dəyəri, nostalji və mədəni trendlər vinil plastinkaların və valoxuducuların artan populyarlığına səbəb kimi göstərmək olar