25 oktyabr 2025-ci il tarixində Bakıda keçirilən Baku Jazz Festival 2025 ərəfəsində Flame Towers kompleksində yerləşən “Focal powered by Naim” butikində “Azeri Jazz Speaks Vinyl” adlı mövzulu tədbir baş tutdu. Tədbir Azərbaycanın premium audio sistemlərinin rəsmi nümayəndəsi olan Luxsound MMC tərəfindən təşkil olunub.
Axşam ərzində iştirakçılar Azərbaycan caz musiqisinin zəngin və özünəməxsus irsi, eləcə də yenidən populyarlıq qazanan vinil mədəniyyəti barədə söhbətlərə qoşuldular. Qonaqlar Vaqif Mustafazadə, Rəfiq Babayev, “Qaya” kvarteti və Rain Sultanov kimi görkəmli sənətkarların musiqi nümunələrini dinlədilər. Proqram Azərbaycan caz tarixini yeni baxış bucağından təqdim etməklə yanaşı, analoq səsin təbii istiliyini və unikallığını hiss etdirdi.
Luxsound komandası vinil plastinkaları musiqinin canlı enerjisini ötürən və emosional dərinliyi qoruyan nadir səs daşıyıcısı kimi xüsusi qeyd etdi. Tədbir çərçivəsində qonaqlara Focal (Fransa), Naim Audio (Böyük Britaniya) və Pro-Ject (Avstriya) kimi dünyanın aparıcı hi-fi və high-end audio brendlərinin ən son modelləri təqdim olundu.
Axşamın xüsusi qonağı, tanınmış caz musiqiçisi Rain Sultanov, öz vinil albomlarını təqdim edərək qonaqlarla səmimi söhbətlər apardı. Tədbirin atmosferi musiqi, qəhvə və canlı ünsiyyətin harmoniyasını bir araya gətirərək unudulmaz bir ab-hava yaratdı.
Məkan: Focal powered by Naim Baku
Tədbir: “Azeri Jazz Speaks Vinyl”
Təşkilatçı: Luxsound MMC