Azurys'lə harda olmağınızdan asılı olmayaraq Focal səsinə qərq olun. Bu passiv qapalı qulaqlıqlar qeyri adi dizayna və keyfiyyətli işləmələrə malikdir. Azurys xüsusi texnologiyaların hesabına Hi-Fi səs keyfiyyətini həm evdə, həm hərəkətdə təmin edə bilir.
Səs aydınlığı
Azurys Focal mütəxəssisləri tərəfindən icad olunmuş və Focal emalatxanasında istehsal edilmiş alüminium-maqniy M tipli drayverlə təchiz olmuşdur. Bu materialların qatqısı valeh edici səs təmizliyi və detallıq yaradır. Qulaqlığın başa oturan komfortlu dəsti dəridən, nəfəs alan parçadan və yaddaş effektinə malik köpükdən istehsal olunub. Maqniydən istehsal olan duqa çox yüngüldür və, bu səbəbdən, qulaqcıqlar yolda istifadə üçün ideal seçimdir.