Bir çox audiofillərin səbirsizliklə gözlədiyi an nəhayət gəlib çatdı. Əfsanəvi Musical Fidelity, özünəməxsus Britaniya səsi (British Sound) ilə Hi-End audio dünyasında istiqamət verən brend, artıq ölkəmizdə də mövcuddur!
Müştərilərimizin çoxsaylı istəkləri və seçimlərinə əsasən, ilk partiya üç səs gücləndirici modeli ilə təqdim olunur:
Müasir texnologiyalarla yenidən işlənmiş və təkmilləşdirilmiş 80-cı illərin ikonası — xalis A klassda çalışan, inanılmaz dərəcədə dərin səsə malik Musical Fidelity A1;
Musical Fidelity B1xi, A/B klasslı inteqral səs gücləndirici, kanal başına 100 vatt (4 Ohm) ESS Technologies-in məşhur ESS9018 DAC çipi ilə;
İki monoblok və daxili ön səs gücləndiricidən (preamplifier) ibarət Musical Fidelity M6si modeli.
Avadanlıq Azərbaycanda Musical Fidelity-nin rəsmi distribütoru olan LuxSound şirkəti tərəfindən təqdim olunur. Səs gücləndiricilərini Ağ Şəhərdə yerləşən MyTech Electronics mağazasında əldə etmək olar. Ünvan: 1-ci Fəvvarələr Küçəsi, Ev 13.