14 İyul – Focal & Monin ilə Fransız zövqü və musiqisinin bayramı.
14 iyul 2026-cı il tarixində məşhur fransız brendi Focal-ı təmsil edən LuxSound, Monin ilə birlikdə Baku Marriott Hotel Bulvarında keçirilən Fransanın Milli Gününə həsr olunmuş tədbirdə iştirak etdi. Tədbiri Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqut açdı. Həmin axşam qonaqlar Fransa zövqünün və yüksək səviyyəli səs mədəniyyətinin unikal harmoniyasını yaşamaq imkanı qazandılar: Monin-in xüsusi hazırlanmış Liberté, Égalité və Fraternité kokteyllərinin dadına baxaraq, Focal qulaqlıqlarının möhtəşəm səsini dinlədilər. Bayram ab-havası, səmimi təəssüratlar, çoxsaylı xatirə fotoları və qonaqların müsbət rəyləri bu günü həqiqətən unudulmaz etdi. Fransa mədəniyyətini, zövqünü və musiqisini bizimlə birlikdə paylaşan hər kəsə təşəkkür edirik!