Focal powered by Naim-in əfsanəvi səsi artıq Bakıda!
Audiofillər, melomanlar və yüksək keyfiyyətli səsə biganə qalmayan hər kəs – bu xəbər sizin üçündür! 29 Noyabr tarixində Bakıda çoxdan gözlənilən Focal powered by Naim hi-end butikinin rəsmi açılışı baş tutdu. İki böyük adla təmsil olunan brend, fransız akustika istehsalçısı Focal və premium klass, elektronika üzrə ixtisaslaşan ingilis Naim Audio şirkətlərini bir araya gətirir.
Yarım əsrə yaxın tarixi və möhtəşəm mühəndislik irsi ilə seçilən Focal powered by Naim, səs keyfiyyətinin ən yüksək tələbləri qarşılaya bilən müasir həllər təqdim edir. Hazırda butikin təqdim etdiyi məhsul çeşidi aşağıdakılardır:
• Focal Utopia, Theva və Aria akustik seriyaları;
• Ev səs gücləndiriciləri və strimerlər: Naim New Classic, Uniti, kompakt və “hamısı birində” prinsipi ilə yaradılmış Mu-So sistemləri və digər xüsusi həllər;
• Qapalı və açıq tip, simsiz və simli audiofil qulaqcıqlar: Focal Bathys, Focal Azurys və Focal Hadenys;
• Və nəhayət, tam inteqrasiya olunmuş premium ev kinoteatrı və multi-zona sistemləri.
Focal powered by Naim audio avadanlığı təkcə audio mühəndisliyinin şedevri deyil, həm də ən zərif interyeri belə unikal və arzu olunan dizayn art-obyektidir. Bu xüsusiyyət onu yüksək səviyyəli, çoxfunksiyalı həllər təqdim etmək istəyən memarlar və interyer dizaynerləri üçün də ideal seçimə çevirir.
Butik, ziyarətçilərə Focal və Naim brendlərinin yeniliklərini canlı dinləmək və fərdi demo sessiyalarında sınaqdan keçirmək imkanı yaradır. Bu, hər kəsə öz məkanına uyğun optimal audio sistem konfiqurasiyasını seçməyə kömək edir. Bunun üçün sadəcə veb-sayt üzərindən əvvəlcədən qeydiyyatdan keçmək və ya orada göstərilən nömrə ilə əlaqə saxlamaq kifayətdir.
Focal powered by Naim butikinin idarəçiliyi Azərbaycanda premium audio həllərinin aparıcı distribütoru olan LuxSound MMC tərəfindən həyata keçirilir.
Butik Bakının mərkəzində yerləşir və həftənin 6 günü ziyarətçilər üçün açıqdır.